...

Mariya Lektoras: "Biz "AzərReyl"ə sürpriz etməyə çalışacağıq"

Cəmiyyət Materials 15 Dekabr 2005 11:31 (UTC +04:00)

"Biz "AzərReyl"ə sürpriz etməyə çalışacağıq, belə ki, bu mövsümdə məhz səfrdə keçirilən görüşlər uğurlu olur".Bu barədə Trend ə "Kalisiya" komandasının voleybolçusu Mariya Lektoras çempionlar Liqasının qrup mərhələsinin dekabrın 15-də Bakıda keçiriləcək oyunu ərəfəsində bəyan edib.

O, qeyd edib ki, doğma divarlar arxasında məğlub olmasına baxmayaraq komandanın dörddə bir finala çıxmaq şansı əvvəlki kimi Faiq Qarayevin yetirmələrindən kifayət qədər yüksəkdir. "Bəli, biz öz ölkəmizdə uğursuz çıxış edirik, amma bununla belə səfərdə üçün xal itkisinin əvəzini çıxırıq. Mən ümid edirəm ki, qarşıdakı görüş "AzərReyl"in qüvvəsinə baxmayaraq istisna olmayacaq" -deyə M.Lektoras öz qənaətini bildirib.

Onun sözlərinə görə, oyunun nəticəsi prinsipial əhəmiyyət kəsb edəcək, belə ki, komandalardan hər hansı birinin qələbəsi pley-off-a çıxmaq üçün şansı xeyli yüksəldəcək.

Xəbər lenti

Xəbər lenti