...

Azərbaycanın ali məktəblərində dünyanın 41 ölkəsindən 3500 tələbə təhsil alır

Cəmiyyət Materials 19 Dekabr 2005 18:18 (UTC +04:00)

Bu gün Azərbaycanın ali məktəblərində dünyanın 41 ölkəsindən 3500 tələbə təhsil alır. Bu barədə Trend ə Azərbaycanın Təhsil nazirliyindən məlumat verilir.

Bu, 2004-cü illə müqayisədə 1500 nəfər çoxdur. Əgər 2004-cü ildə onlar 35 ölkəni təmsil edirdilərsə, 2005-2006-cı illərdə ölkələrin sayı 41-ə çatıb.

Onların arasında ABŞ, Almanyia, Türkiyə, Rusiya, Ukrayna, Çin, Koreya, Estoniya, İsrail və digər ölkələr var. Xarici tələbələrin əksəriyyəti Bakı Dövlət, Azərbaycan İqtisad, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində, Dövlət Neyt Akademiyasında təhsil alır.

2005-2006-cı tədris ilində dövlət xətti ilə Türkiyənin ali məktəblərində 700-ə qədər, qeyri-dövlət xətti ilə 1000-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Hazırda Azərbaycanın Təhsil Nazirliyinin xətti ilə 135 tələbə Rusiyada, 47-si Misirdə, 26-sı Ukraynada, 16-sı Çində təhsil alır.

Xəbər lenti

Xəbər lenti