...

Siyasi məhbuslar üzrə işçi qrupunun üzvləri narahatdır

Cəmiyyət Materials 20 Dekabr 2005 18:21 (UTC +04:00)

Siyasi Məhbuslar üzrə İşçi Qrupunun üzvləri olan müstəqil hüquq müdafiəçiləri Qrupun son beş ay ərzində fəaliyyətsizliyindən narahatdır. Trend məlumat verir ki, bu narahatlıqla əlaqədar dekabrın 20-də "Nizami" Mətbuat Klubunda bir araya gələn hüquq müdafiəçiləri İşçi Qrupunun fəaliyyətsizliyi ilə əlaqədar fikirlərini bölüşüblər.

Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, siyasi məhbus məsələləri ilə bağlı hüquq müdafiəçilərindən və dövlət nümayəndələrindən ibarət tərkiblə yaradılan işçi qrupunun beş aydan artıq fəaliyyətsiz dayanması həmin qrupun bundan sonrakı fəaliyyətini də şübhə altına alır.

"Yaxın günlərdə dövlət başçısı tərəfindən əfv imzalanacaq. Hakimiyyətlə qeyri-hökumət təşkilatları arasında imzalanmış memoranduma əsasın artıq işçi qrupunun toplantısı keçirilməli, və hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı təqdim etdikləri siyahılar ətrafında müzakirələr aparılmalı idi. Lakin bu günə qədər də görüş baş tutmayıb. Hətta biz narazılığımızı son günlər kütləvi informasiya vasitələri vasitəsi ilə də ifadə etmişik, Lakin göründüyü kimi, reaksiya yoxdur", - deyə Ç.Qəniyev söyləyib.

Digər hüquq müdafiəçisi Səidə Qocamanlı da İşçi Qrupunun fəaliyyətsizliyindən narahatlığını bildirib: "Hər halda əfv fərmanını gözləyəcəyik. İmzalanmış memoranduma uyğun olaraq əfv fərmanına qədər bizimlə hesablaşma, siyahılarımız ətrafında müzakirə aparılmasa, əfv fərmanı imzalandıqdan dərhal sonra rəsmi münasibət bildirəcəyik".

Rəsmi münasibət isə hakimiyyətlə hüquq müdafiəçiləri arasında imzalanmış memorandumaun fəaliyyətini dayandırmaqla bağlı olacaq.

Xəbər lenti

Xəbər lenti