...

Bakı Slavyan Universitetində polyak dili və mədəniyyəti Mərkəzi açılacaq

Cəmiyyət Materials 24 Dekabr 2005 13:51 (UTC +04:00)

Bakı Slavyan Universitetində polyak dili və mədəniyyəti Mərkəzi açılacaq. Polşanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, mərkəzin açılışı layihəsinin texniki cəhətdən hazırlanması prosesi başa çatmaq üzrədir.

Mərkəz 2006-cı ilin əvvəlində açılacaq. Səfirlik tərəfindən layihəyə texniki yardım göstərilib, Polşa haqqında lazımi ədəbiyyat və materiallar verilib, mərkəzin texniki təchizatı təmin olunub.

Layihənin hazırlanmasında məqsəd - universitetin tələbə və müəllimlərini Polşanın tarixi, mədəniyyəti və müasir həyatı haqqında daha çox materialla təmin etməkdən ibarətdir. Hazırda BSU-da təxminən 80 nəfər azərbaycanlı tələbənin polyak dilini öyrəndiyi polyak dili və ədəbiyyatı şöbəsi fəaliyyət göstərir. Onlar hər il Varşava universitetlərində ixtisasın artırılması üzrə kurslar keçir. Səfirlikdən verilən məlumata görə, Varşava universitetində Azərbaycan dili və ədəbiyyatı kursları açılıb.

Xəbər lenti

Xəbər lenti