...

"AzərReyl" Çempionlar Liqasının dörddə bir finalında mövqeyini möhkəmləndirib

Cəmiyyət Materials 7 Yanvar 2006 13:16 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubu Çempionlar Liqasının dörddə bir finalında mövqeyini möhkəmləndirib.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, hətta sonuncu turlarda "Pallavolo Sirio" və "Günəş Vaqifbank" komandaları ilə qarşılaşmada mümkün məğlubiyyət Faiq Qarayevin yetirmələrinə əsas tapşırığı yerinə yetirməyə mane olmayacaq. Bu məğlubiyyətlər komandanı hər qrupdan 3 kollektivin düşdüyü pley-off mərhələsinə çıxış üçün keçid olan üçüncü yerə endirə bilər. "AzərReyl" 8 turdan sonra 2-ci yerdədir və dörddə bir final oyunlarında "A" qrupunun qalibi ilə qarşılaşmamaq üçün bu mövqeyi saxlamalıdır.

Xatırladaq ki, qrup mərhələsində iki dəfə məğlub olmuş "AzərReyl" 6 qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti