Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayevin turist operatorlarının Türkiyəyə səfər etmək istəyən şəxsləri maarifləndirməsilə bağlı tədbirlərin gücləndirilməsi barədə əmri hazırlanır. Bu barədə Trend ə Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyinin bölmə rəisi Faiq Qürbətov məluiat verib.
Onun sözlərinə görə, əmr layihəsinə görə, turist operatorlarına Türkiyəyə səfərə getmək istəçyən şəxslərlə məsləhətləşmələr aparmaq və səhiyyə orqanlarının quş qripi epidemiyası ilə bağlı bütün tövsiyələrini yerinə yetirmək tapşırılacaq.
F.Qürbətov bildirib ki, Türkiyədə quş qripi virusunun yayılmağa başladığı andan bu ölkəyə səfər etmək istəyən axzərbaycanlı turistlərin sayının azaldığını demək olmaz. "Qış vaxtı olduğuna görə, onların sayı yay mövsümündə olduğu kimi o qədər də böyük deyil. Qışda Türkiyəyə əsasən, iş adamları səfər edirlər və güman etmirəm ki, onlar epidemiya ilə bağlı öz səfərlərini təxirə salacaqlar", -deyə o əlavə edib.