...

Azərbaycan Özbəkistana dərman preparatları ixrac edəcək

Cəmiyyət Materials 2 Fevral 2006 20:26 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan Özbəkistana dərman preparatlarının ixracına başlaya bilər. Bu barədə Trend ə Səhiyyə Nazirliyində bildirilib.

Dövlət struktrunda qeyd olnub ki, hazırda Azərbaycandan Qazaxıstan və Türkmənistana 23 növdə dərman ixrac olunur. "Bu işlər digər ölkələrlə də həyata keçiriləcək" -deyə nazirlikdə bildirilib.

Ölkənin əczaçılıq müəssisələrində dərmanların keyfiyyətinə nəzarət məsələsinə toxunaraq səhiyyə nazirliyində qeyd olunub ki, bu işlər innovasiya və təminat mərkəzinin mütəxəssisləri tərəfindən aparılır. Mərkəz tərəfindən Bakıda 215 aptekdə bir sıra normativ pozuntular aşkar edilib və nəticədə 9 aptekin fəaliyyəti dayandırılıb. Həmçinin 43 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi faktı aşkar edilib. Bunlardan zirzəmidə yerləşmiş iki aptekin fəaliyyətinə qadağa qoyulub, qalanlarına isə xəbərdarlıq edilib.

Xəbər lenti

Xəbər lenti