Ombudsman aparatının əməkdaşları Azərbaycanın Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrası baş idarəsinin 1 saylı istintaq təcridxanasına baxış keçirib. Bu barədə Trend ə ombudsman aparatından məlumat verilib.
Əməkdaşlarla söhbət zamanı saxlanılan şəxslər çıxarılmış məhkəmə qərarlarının qeyri-obyektivliyindən şikayət edərək istintaqın obyektiv aparılmasına kömək etməyi xahiş edib.
Nümayəndələr müəssisələrə baxış keçirmiş, şəxslərin saxlanma şəraiti ilə tanış olaraq onlarla söhbət etmiş və problemlərilə maraqlanmışlar.