...

Ağacan Əbiyev: Biz Beynəlxalq Olimpiya Komitəsinin bütün tələblərini yerinə yetirmişik

Cəmiyyət Materials 6 Fevral 2006 17:43 (UTC +04:00)

"Beynəlxalq Olimpiya Komitəsi rəhbərliyinin (BOK) Oyunların proqramından boksun çıxarılmasının mümkünlüyü barədə bəyanatını mən əsassız hesab edirəm". Bu barədə Trend ə milli Federasiyanın rəhbəri Ağacan Əbiyev bəyan edib.

Onun sözlərinə görə, hakimlikdəki islahatlara aid bütün tələbləri Beynəlxalq həvəskar boks Assosiasiyası (AIBA) tamamilə yerinə yetirib. "Hakimliyin şəffaflığına münasibətdə atılan addımlardan biri tamaşaçıların oyunun hesabını rahat görməsi üçün xüsusi tablonun tətbiq edilməsidir.Üstəlik bu və ya digər görüşə hakimlərin təyin edilməsində biz tamamilə kompyuter sisteminə keçmişik. Beləliklə, tələblər paketi tərəfimizdən yerinə yetirilib və boksda hakimlər bir addım irəliləyib" -deyə AIBA Hakimlər komitəsinin sədr müavini A.Əbiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti