...

100-ə yaxın dindar Füzuli meydanı yaxınlığında etiraz aksiyası keçirib

Cəmiyyət Materials 7 Fevral 2006 13:34 (UTC +04:00)

Fevralın 7-də bir qrup dindar Bakının Füzuli meydanı yaxınlığında etiraz aksiyası keçirib. Trend in məlumatına görə, təxminən saat 11.00 radələrində dindarlar Füzuli meydanına və onun yaxınlığına toplaşaraq "Məhəmməd peyğəmbərdən əl çəkin!" şüarları səsləndirib. Aksiya iştirakçıları son günlərdə bəzi qərb dövlətlərində islam dininə və Məhəmməd peğəmbərə qarşı yönəlmiş təhqiramiz kampaniyaya etirazlarını bildirib.

Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov Trend ə bildirib ki, aksiyada 100-ə yaxın adam iştirak edib. Onun sözlərinə görə, aksiyada heç bir insident baş verməyib və dinc şəkildə dağıdılıb: "Məsciddən çıxan dindarlar və bir qrup gənc dindar bura toplaşaraq öz etirazlarını bildirdilər. Biz də onları dinc şəkildə yola saldıq. Heç bir qarşıdurma yaranmayıb və az vaxt ərzində ərazidə sabitlik bərpa olunub"-deyə Ç.Məmmədov açıqlama verib.

Xəbər lenti

Xəbər lenti