...

Akif Muradverdiyevin apellyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 10 Fevral 2006 16:16 (UTC +04:00)

Fevralın 10-da Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Rasim İskəndərovun sədrliyi ilə Prezident Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin həbs müddətinin 4 ay müddətinə uzadılması ilə əlaqədar Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi şikayət təmin olunmayıb. Bu barədə Trend ə hakim Rasim İskəndərov məlumat verib.

A.Muradverdiyev Apellyasiya Məhkəməsinə müraciət edərək Nəsimi rayon Məhkəməsinin həmin qərarının ləğv olunmasını və barəsindəki həbs-qətimkan tədbirinin dəyişdiriməsini tələb edib. Sabiq şöbə müdiri barəsindəki qərarın dəyişdirilməsi tələbini səhhəti ilə əlaqələndirib.

Lakin məhkəmə qərara alıb ki, Nəsimi rayon Məhkəməsinin təqsirləndirilən şəxs barədə çıxardığı qərar istintaq hərəkətlərinin başa çatmaması ilə əlaqədardır və düzgündür. O ki qaldı A.Muradverdiyevin səhhətindəki problemlərə, o, mütəmadi olaraq tibbi nəzarətdən keçir və səhhəti həbs şəraitində saxlanılmasına yol verir.

Xəbər lenti

Xəbər lenti