...

Nazim İbrahimov: "Azərbaycan diaspor təşkilatlarının maliyyə durumu aşağı səviyyədədir"

Cəmiyyət Materials 10 Fevral 2006 18:16 (UTC +04:00)

Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyona yaxındır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasında 8 milyona yaxın, Cənubi Azərbaycanda (İran İslam Respublikası) 30 milyondan çox, Rusiya Federasiyasında iki milyon yarım, ABŞ-da bir milyona qədər, Gürcüstanda 500 min, Almaniyada 400 mindən çox, Fransada 350 min azərbaycanlı yaşayır. N.İbrahimovun sözlərinə görə, dünyanın müxtəlif yerlərində Gürcüstan, Pakistan, Əfqanıstan, İqdır əsilli azərbaycanlılar da yaşayır.

Nazim İbrahimov onu da qeyd edib ki, soydaşlarımzın sayının çox olmasına baxmayaraq xaricdəki Azərbaycan diaspor təşkilatlarının maliyyə durumu çox aşağı səviyyədədir. Komitə sədri, həmçinin, xarici ölkələrdə ölkəmizin kifayət qədər təbliğ olunmamasından da şikayətlənib və qeyd edib ki, dünyanın heç bir muzeyində Azərbaycana dair bir materiala da rast gəlinmir. N.İbrahimov Kanadanın ən iri muzeyində Azərbaycan guşəsinin yaradılması ilə bağlı danışıqlar aparıldığını deyib.

O, həmçinin, qeyd edib ki, fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünyanın müxtəlif yerlərində tədbirlər keçirilməsi üçün Dövlət Komitəsi Azərbaycan diaspor təşkilatlarına maliyyə yardımları göstərir.

Xəbər lenti

Xəbər lenti