...

Gənc bəstəkarlarin kamera musiqisindən ibarət əsərlərinə ictimai baxiş keçiriləcək

Cəmiyyət Materials 17 Fevral 2006 15:19 (UTC +04:00)

Hər il olduğu kimi bu il də Bəstəkarlar İttifaqında gənc bəstəkarların plenumu keçiriləcək. Bakı Musiqi Akademiyasının tələbələri də daxil olmaqla, 35 yaşa qədər olan bəstəkarların kamera musiqisindən ibarət əsərləri artıq qəbul olunub. On nəfər gənc bəstəkarın əsərləri martın 3-də "Kapelhaus"da gerçəkləşəcək ictimai baxışda musiqisevərlərə təqdim olunacaq. İfa olunacaq bəstələrin sırasında fortopiano, skripka, kvartet, kvintet üçün kamera əsərləri yer alacaq.

Bəstəkarlar İttifaqından Trend ə verilən məlumata görə, hər il gənc bəstəkarların əsərləri yalnıə konsert proqramlarında təqdim olunurdu. Bu il onlar ictimai baxış keçirməklə bu əsərlərin səviyyəsini təhlil etmək istəyirlər. Qeyd edək ki, professional bəstəkarların iştirakı ilə əsərlərin müəakirəsi ictimai baxışdan üç gün sonra - martın 6-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti