...

Kamera teatrinda "Gedda Qabler" əsəri səhnələşdirilir

Cəmiyyət Materials 21 Fevral 2006 14:53 (UTC +04:00)

Bu il Kamera Teatrının 15 yaşı tamam olur. Yubiley münasibətilə mart ayında teatrda uzun illər repertuarda olan 15 ən yaxşı tamaşanın nümayişi nəzərdə tutulub. Bununla yanaşı, hazırda Kamera Teatrında Norveç dramaturqu Henrix İbsenin "Gedda Qabler" əsəri üzərində də məşqlər gedir. Bu tamaşa rejissor İrina Perlovanın yozumunda səhnə həllini tapacaq. Ailə-məişət mövzusu üzərində qurulan tamaşada general qızı olan Gedda (Leyli Iəliyeva) sevmədiyi bir insanla evlənir. Onun elm adamı olan əri Yorgen Tesmana (Nofəl Əliyev) xəyanət etməsi izləyicilərə tamaşa boyunca gərgin anlar yaşadacaq. Gedda ərinin dostu Eylord Levborqa (Şövqü Hüseynov) vurulmaqla hadisələri çıxılmaz bir şəklə salacaq. "Gedda Qabler" tamaşasında rol alan digər aktyorlar sırasında Gülər Nəbiyeva, İradə Rəşidova, Kərəm Hadıyev, İmaməddin Həsənov, Seyidşah Məmmədovun adları var. Teatrdan Trend ə verilən məlumata görə, tamaşa aprel-may aylarında teatrsevərlərə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti