...

Teymur Rəcəbov hazırkı dünya çempionunu məğlub edib

Cəmiyyət Materials 23 Fevral 2006 11:46 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, dünyanın ən iri şahmat turnirlərindən biri olan Linares-2006-nın 4-cü turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov hazırkı dünya çempionu bolqar V.Topalov üzərində qələbə qazanıb.

Bu turda yarışın liderləri Pyotr Svidler və Pyotr Leko partiyalarını yenə də qələbə ilə bitirib. Yalnız F.Valyexo-Pons və L.Aronyanın görüşündə heç-heçə qeydə alınıb.

Beləliklə, 4 turdan sonra T.Rəcəbovun aktivində 1.5 xal var və o, V.Topalovu, F.Valyexo-Ponsu və fransız E.Bakronu geridə qoyub. P.Svidler və P.Leko isə 3.5 xalla liderlik edir.

Xəbər lenti

Xəbər lenti