...

Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif ölkələrdə mitinqlər, konfranslar, anma mərasimləri keçiriləcək

Cəmiyyət Materials 23 Fevral 2006 19:47 (UTC +04:00)

Fevral 25-də Haaqada yerləşən Beynəlxalq İnsan Haqları Məhkəməsinin qarşısında "Azərbaycan Türk Kültür Mərkəzi"nin təşəbbüsü ilə mitinq keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Mitinqdə Hollandiyada fəaliyyət göstərən bütün Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı gözlənilir.

Fevralın 24-də Brüssel şəhərində Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş "Dünya Azərbaycanlıları terrora qarşı" mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Fevralın 25-də Polşadakı Azərbaycan Səfirliyində Xocalı soyqırımına həsr olunmuş mərasim keçiriləcək. Fevralın 26-da Macarıstandakı Azərbaycan Səfirliyinin, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə Xocalı soyqırımının anım mərasimi təşkil olunacaq. Fevralın 25-də həmçinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Heydər Əliyev adına "Azərbaycan Evi", Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası və Azərbaycan Gənclər təşkilatı Xocalı soyqırımına həsr olunmuş konfrans keçirəcək. Ümumrusiya Azərbaycan Konqresi də Azərbaycanın Rusiyadakı səfirliyi ilə birlikdə bir sıra regionlarda Xocalı soyqırımına aid anma mərasimi keçirəcək.

Fevralın 26-da "Azəri-Çex" Cəmiyyəti tərəfindən Xocalının anım mərasimi keçiriləcək. Tədbirdə Xocalı soyqırımına aid film nümayiş etdiriləcək. Fevralın 26-da Türkiyənin İstanbul, İzmir şəhərlərində Xocalının anım mərasimi təşkil ediləcək. Fevralın 26-da Misir Ərəb Respublikasında təhsil alan azərbaycanlı tələbələrin "Iətən" təşkilatı Qahirə şəhərində Əş-Şəms Universitetində tədbir keçirəcək. Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Xocalı Soyqırımının 14 illiyinə həsr edilimiş tədbirlərə artıq fevralın 16-dan başlayıb.

Fevral ayının 28-də "Avstriya-Azərbaycan Akademik Birliyi" Iyana Avstriya Xarici Məsələlər üzrə Akademik Forumu ilə birgə Iyana Diplomatik Akademiyasında Xocalı soyqırımının 14-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirəcək.

Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı Kanada Azərbaycanlıları Assosiasiyaları Federasiyası tərəfindən Xocalı soyqırımını əks etdirən və bu soyqırım haqqında məlumat verən xüsusi kart nəşr edilərək Kanadanın parlamenti və müvafiq təşkilatları, həmçinin bir çox ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara göndərilib. Federasiya yaxın günlərdə Kanada Parlamentinin binası qarşısında ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım və terror aktlarına etiraz olaraq mitinq keçirməyi də planlaşdırır.

Xəbər lenti

Xəbər lenti