...

Zakir Nəsirovun istintaqı yekunlaşıb

Cəmiyyət Materials 2 Mart 2006 11:12 (UTC +04:00)

Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi polis general-mayoru Zakir Nəsirovun istintaqı yekunlaşıb. Bu barədə Trend ə Z.Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

Z.Nəsirov bir neçə ay əvvəl Hacı Məmmədovun cinayət işi üzrə həbs edilib. Yaxın günlərdə istintaq materialları ictimaiyyətə açıqlanacaq və iş üzrə materiallar baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək. Lakin Z.Nəsirovun və daha bir neçə nəfərin mühakiməsi Hacı Məmmədovla birgə həyata keçirilməyəcək. Belə ki, onların məhkəmə baxışları müxtəlif vaxtlarda və müxtəlif hakimlərin icraatı altında baş tutacaq.

Qeyd edək ki, istintaq orqanları tərəfindən Zakir Nəsirova qarşı bir neçə ağır ittihamlar irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti