...

Dövlət Komitəsi Azərbaycan diasporu ilə bağlı iki kitab hazırlayıb

Cəmiyyət Materials 9 Mart 2006 15:39 (UTC +04:00)

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi diasporumuzla bağlı iki kitab nəşrə hazırlayıb. Bu barədə Trend ə Dövlət Komitəsindən məlumat verilib.

"Azərbaycan diasporuna dövlət qayğısı" adlı kitaba prezident İlham Əliyevin Azərbaycan diasporu ilə görüşləri, onlara müraciətləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın qurultaylarına, tədbirlərinə prezidentin ünvanladığı təbrik məktubları, diaspor məsələlərinə dair sərəncamları və digər materiallar, fotoşəkillər daxil edilib.

"Azərbaycan diasporu: böyük yolun başlanğıcı" adlı ikinci kitab isə Azərbaycan diasporunun təşəkkül tarixi, dünyanın müxtəlif yerlərində azərbaycanlıların məskunlaşma coğrafiyası, dünya azərbaycanlıları ilə bağlı statistik məlumatlar, diasporumuzun formalaşması, inkişafı və digər mühüm məsələlər haqqındadır. Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı, birliyinin, həmrəlyinin, vətənimizə diqqətinin artırılması yönündə gördüyü işlərdən də bəhs olunur.

Hər iki kitab yüksək və nəfis bədii tərtibatı, nəşr keyfiyyəti ilə seçilir. Kitablar bu il martın 16-da keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayının iştirakçılarına paylanacaq.

Xəbər lenti

Xəbər lenti