...

Şahin Diniyev yığmaya namizədlərin tezliklə sağalacağına ümid edir

Cəmiyyət Materials 10 Mart 2006 19:19 (UTC +04:00)

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev zədə almış bəzi oyunçuların tezliklə sağalacağına ümid edir. O, aprel ayında Türkiyəyə qarşı yoxlama oyununda həmin futbolçuları sınaqdan keçirmək niyyətindədir.

Məşqçi Trend ə bildirib ki, o, müxtəlif səbəblərdən Ukraynaya qarşı oyunda iştirak edə bilməyən futbolçuları qarşıdakı oyunda sınaqdan keçirmək niyyətindədir. "Türklərlə görüşə kimin çıxacağını demək tezdir, amma mən istəyirəm ki, zədə almış oyunçular tezliklə sağalsın" -deyə Ş.Diniyev qeyd edib.

Xüsusilə, söhbət "Neftçi"nin oyunçusu, Ukrayna ilə oyun ərəfəsində zədə almış müdafiəçi Ruslan Abbasovdan gedir. Eyni zamanda, artıq aydındır ki, qarşıdakı yoldaşlıq görüşündə qasıq nahiyəsində əməliyyat keçirmiş Zaur Tağızadə də iştirak edə bilməyəcək. "Çox istərdim ki, milli birinciliyin yaxın oyunlarında milli komandaya namizədlər zədə almasın və yığmada oynaya bilsin" -deyə məşqçi sonda bildirib.

Xəbər lenti

Xəbər lenti