...

Hüseyn Bağırov: RI Investment Ermənistanın qızıl yataqlarımızı qanunsuz istismarı ilə bağlı daha qəti tədbirlər görməlidir

Cəmiyyət Materials 7 Aprel 2006 16:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qızıl hasil edən RI Investment şirkətinin yaxın vaxtlarda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki qızıl ytaqlarının qanunsuz işlənməsi ilə bağlı beynəlxalq instansiyalara müracət edəcəyini gözləyir. Trend in xəbər verdiyi kimi, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Bu şirkət öz hüquqlarını beynəlxalq instansiyalarda müdafiə etməlidir, belə ki, yataqlar xarici şirkətlər tərəfindən işlənir. "Biz daha qəti tədbirlər gözləyirik", - deyə nazir qeyd edib.

Eyni zamanda, nazirlik Azərbaycanın işğal olunmuş ərazilərində yataqların qanunsuz işlənməsi məsələsi ilə bağlı beynəlxalq instansiyalara müraciət hazırlayır.

Azərbaycanın cənub-qərbindəki Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vəjnəli və Söyüdlü yataqlarının işlənməsi haqqında müqavilə 1997-ci ilin avqustunda imzalanıb. Müqavilədə iştirak payının 49% -i RI Investment Services Grour LLC şirkətinə, 51%-i isə Ekologiya və Tbii Sərvətlər Nazirliyinin şəxsində Azərbaycan hökumətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti