...

Azərbaycanlı gimnast Salonikidəki beynəlxalq turnirdə "bürünc" medal qazanıb

Cəmiyyət Materials 10 Aprel 2006 16:33 (UTC +04:00)

Azərbaycan gimnastı Aliyə Qarayeva Yunanıstanın Saloniki şəhərində keçirilən beynəlxalq turnirdə bürünc mükafata layiq görülüb.

Respublikanın Gimnastika Federasiyasından Trend ə verilən məlumata görə, o, iplə final çıxışından 16.575 bal toplayaraq 3-cü yerə çıxıb. Lentlə oyunda o, 4-cü (15.225 bal), topla oyunda isə 5-ci (16.35 bal) nəticəni göstərib çoxnövlülük yzrə 6-cı (61.725 balla) yeri tutub.

Onun komanda yoldaşı Anna Qurbanova 54.775 balla 13-cü nəticəni əldə edib.

Rusiyalı gimnastlar Alina Kabayeva və Olqa Kapranova, eləcə də ukraynalı Natalya Qodunko yunan turnirinin qalibləri olublar.

Xəbər lenti

Xəbər lenti