...

Prezident yanında Əfv Komissiyası üzvlərinin toplantısı gözlənilir

Cəmiyyət Materials 14 Aprel 2006 17:45 (UTC +04:00)

Növbəti həftə Prezident yanında Əfv Komissiyası üzvlərinin toplantısı gözlənilir. Bu barədə Trend ə Prezident Aparatı yanında yaradılmış siyasi məhbus məsələləri üzrə işçi qrupun üzvü Çingiz Qənizadə məlumat verib.

Ç.Qənizadənin məlumatına görə, prezident tərəfindən növbəti əfv aktının may ayının üçüncü ongünlüyündə imzalanacağı gözlənilir. O bildirib ki, Əfv Komissiyasına təqdim olunan siyahılarda məhkum qadınların və ömürlük məhkum olunmuşların da ərizələri kifayət qədərdir.

"1998-ci ildə Azərbaycan ərazisində ölüm hökmü ömürlük məhkumluqla əvəz edilib. Həmin məhkumlar cəzalarının yüngülləşdirilməsi və 15 illik cəza ilə əvəzlənməsi ilə bağlı müvafiq məhkəmə instansiyalarına müraciət etsələr də, istəkləri təmin olunmayıb. Odur ki, ömürlük məhkumlar son instansiya kimi Əfv Komissiyasını seçiblər. Ola bilsin ki, komissiyanın toplantısında həmin məhkumların da ərizələri araşdırılsın" - deyə Ç.Qənizadə söyləyib.

Qeyd edək ki, prezident İlham Əliyev sonuncu dəfə əfv fərmanını 19 yanvar 2006-cı ildə imzalayıb. Həmin fərmanla 100-ə yaxın məhkum azadlığa buraxılıb, bir neçə məhkumun isə cəzası yüngülləşdirilib.

May ayında imzalanması gözlənilən əfv fərmanı ilə daha çox məhkumun azadlığa buraxılması və ya cəzasının yüngülləşdirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti