Son müddət ərzində Azərbaycanda quşlar arasında ölüm faktları qeydə alınmır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, aprelin 19-da Ekologiya və Təbii Sərvətlər nazirliyi Bioloji Müxtəlifliklərin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri İnkişafı Departamentinin rəhbəri Sədaqət Məmmədova bildirib.
Onun dediklərinə görə, köçəri quşların payız və yaz miqrasiyası mövcuddur. Hazırda köçəri quşların yaz miqrasiyası davam edir ki, bu da aprelin sonunda başa çatacaq. Gecikmiş miqrasiya may-iyun aylarınadək davam edəcək.
"Yaz miqrasiyası zamanı quşların ölüm faktları ilə rastlaşmamışıq" - deyə o bildirib.
Departamentin rəhbəri deyib ki, nazirlik hər il quşların miqrasiyası ilə bağlı bülleten buraxır və müvafiq qurumlara təqdim edir.