...

Şəhriyar Məmmədyarov Rusiya çempionatında "Termosteps" klubunda oynayacaq

Cəmiyyət Materials 20 Aprel 2006 16:48 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov aprelin 20-də Soçidə start veriləcək Rusiya çempionatında "Termosteps" klubunun tərkibində çıxış edəcək.

Trend in xəbər verdiyi kimi, onun komanda yoldaşları Samaradan israilli Boris Gelfand, rusiyalı Sergey Rublyovski, Aleksandr Xalifman, Yevgeni Bareyev, Aleksey Korotılev, Vladimir Belov, o cümlədən tacik Fərrux Amanatov olacaq. Kollektiv "Tomsk-400", "Ural", "TPS", Moskva Şahmat Federasiyası və "Yunilayn"la bərabər yarışın favoritlərindən biri hesab olunur.

Ş.Məmmədyarovdan başqa, çempionatda, həmçinin, Linares turnirinin gümüş mükafatçısı Teymur Rəcəbov da iştirak edəcək. O, Kazanın "Ladya" klubunun şərəfini qorumalıdır.

Yarış aprelin 30-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti