Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Yeni fikir" Gənclər təşkilatının sədri və sədr müavinlərinin məhkəməsi təxirə salınıb. Trend xəbər verir ki, məhkəmə iclası mayın 1-də davam edəcək.
Məhkəmə iclasına sədrlik edən hakim Tofiq Paşayev proses iştirakçılarının nəzərinə çatdırıb ki, təqsirləndirilən şəxslər Ruslan Bəşirov, Ramin Hacıyev və Səid Nuriyev vəsatət qaldırıblar. Bu vəsatət onların əvvəlki vəkilləri Osman Kazımovla Elçin Qəmbərovun prosesdə iştiraklarının təmin olunması ilə əlaqədardır. Hakim də vəsatətin müzakirəsi ilə bağlı məhkəmə iclasına fasilə vermək qərarı qəbul edib.
Qeyd edək ki, ötən proseslərdə məhkəmə iclaslarının qapalı keçirilməsinə etiraz edən vəkillər məhkəmə iclasnda iştirakdan imtina ediblər. Bu səbəbdən də təqsiləndirilən şəxslər məhkəmə tərəfindən məcburi şəkildə başqa vəkillərlə təmin olunublar. Təqsirləndirilən şəxslərsə həmin vəkillərdən imtina ediblər.