...

Azərbaycan xokkeyçiləri ABŞ komandasına məğlub olub

Cəmiyyət Materials 1 May 2006 20:31 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması dünya çempionatında oynamaq şansını itirib.

Trend agentliyinin məlumatına əsasən, Romada keçirilən dünya çempionatının seçmə turnirinin 4-cu turu çərçivəsində Adil Paşayevin idmançıları ABŞ yığmasına 2:4 hesabı ilə uduzub. Amerikalılar oyunun birinci yarısında April Fronzoni, Tiffani Snou və Dino Rizzonun sayəsində idmançılarımızı 3 xal ilə geridə qoyub. Fasilədən sonra Zeynəb Nuriyeva və Liana Nuriyevanın vurduğu qollar nəticəsində fərq minimuma endirilsə də, sonda amerikalılar daha bir qol vuraraq qalib gəlib.

Xəbər lenti

Xəbər lenti