...

Misir Mərdanov: "Şagirdlərdən qanunsuz olaraq pul topladığı üçün 191 saylı məktəbin direktoru vəzifəsindən azad edilib"

Cəmiyyət Materials 5 May 2006 15:24 (UTC +04:00)

Şagirdlərdən qanunsuz olaraq pul topladığı üçün 191 saylı məktəbin direktoru tutduğu vəzifəsindən azad edilib. Trend xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov mayın 5-də jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, orta məktəblərdə qanunsuz şəkildə müxtəlif məsələlərlə bağlı şagirdlərdən pul toplanma haqqında nazirliyə daxil olan məlumatların məxfiliyi qorunur. Nazir onu da bildirib ki, imtahan zamanı şagirdlərdən rüşvətin alınması, attestatın satılması və digər məsələlərlə bağlı nazirliyə yetərincə məlumatlar daxil olur: "Hər bir məlumatı yoxlayırıq. Fəaliyyətində qanunsuzluq aşkar edilən və bundan sonra ediləcək məktəb direktoru tutduğu vəzifəsindən azad ediləcək".

M.Mərdanov onu da vurğulayıb ki, orta məktəblərdə şagirdlərdən qanunsuz pul yığılmasının qarşısını almıq üçün ictimaiyyətin, valideynlərin dəstəyini almaq lazımdır.

Xəbər lenti

Xəbər lenti