...

Faiq Həsənov: Azərbaycanın Şahmat Federasiyası heç kimlə prinsip aparmır

Cəmiyyət Materials 11 May 2006 14:46 (UTC +04:00)

Azərbaycanın Şahmat Federasiyası heç kimlə prinsip aparmır. Bu barədə Trend ə Federasiyanın vitse-prezidenti Faiq Həsənov bəzi idmançıların Turində Ümumdünya Şahmat Federasiyasında iştirak etməkdən imtina etməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Federasiya aparıcı şahmatçıların milli komandaya düşməsi üçün əlindən gələni edib. "Biz onlara güzəştə getdik və İlahə Qədirova, Firuzə Vəlixanlı və digərləri ölkə çempionatında oynaya bilmədikdən sonra Olimpiada yığmasının tərkibini müəyyən etmək üçün daha bir seçmə turnirin təşkil edilməsini qərara aldıq. Lakin bu variant da onları qane etmədi. Şahmatçılar sadəcə olaraq öz şanslarından istifadə etmək istəmədilər", - deyə F.Hləsənov qeyd edib.

Bu zaman F.Həsənov Şəhriyar Məmmədyarovun və Qədir Hüseynovun şahmatçılara dəstək olaraq Olimpiya oyunlarında iştirak etməkdən imtina etmələrini qeyri-peşəkarlıq hesab edir.

Xəbər lenti

Xəbər lenti