...

Azərbaycanın Ekologiya Nazirliyi ağacların kəsilməsi ilə bağlı faktlar aşkar edib

Cəmiyyət Materials 27 May 2006 14:18 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı reyderlər nəticəsində bir sıra qanun pozuntuları aşkar olunub. Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi Bakı-Quba magistralı yolunun kənarındakı yaşıllıq sahəsində ağac kəsilməsi faktını aşkar edib. Fakt üzrə cavabdeh şəxs Muxtar Zəniyevə 50 manat 0,5 qəpik məbləğində inzibati cərimə və iddia tətbiq edilib.

Bundan başqa, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində də ağac kəsilməsi faktı aşkar olunub və cavabdeh şəxs F.Səfiyevə 220 manat 51 qəpik məbləğində inzibati cərimə və iddia tətbiq edilib.

Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində qeyri-qanuni ağac kəsilməsi ilə əlaqədar Əkrəm İsmayılov 35 manat 3 qəpik məbləğində cərimələnib. Faktla bağlı iddia irəli sürülüb.

Nazirliyin əməkdaşları Abşeron rayonunda qeyri-qanuni qum daşıyan sürücü Xəyyam Aslanovu saxlayıb və barəsində protokol tərtib olunub. Faktla bağlı sürücüyə 47 manat məbləğində inzibati cərimə və iddia tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti