Sentyabrda Bakıda MDB ölkləri onkoloqlarının II qurultayı keçiriləcək. Trend xəbər verir ki, bu haqda Okologiya Elmi Mərkəzinin rəhbəri Cəmil Əliyev yeni korpusun təməlqoyma mərasimində bildirib.
Onun sözlərinə görə, bu tədbirin Azərbaycanda keçirilməsi Azərbaycan onkoloqlarının yaxın və uzaq xaricdə necə yüksək qiymətləndirildiyini bir daha sübut edir.
C.Əliyev qeyd edib ki, yeni korpusda ildə 3-3,5 min əməliyyat keçiriləəck. Beləliklə, ölkədə onkoloji əməliyyatlara növbə olmayacaq. Hazırda ölkədə 600 əməliyyat həyata keçirilir.
Azərabycan Onkologiya Mərkəzi regionda lider olacaq. Hazırda Gürcüstan, İran və digər ölkələrdən müraciətlər daxil olur. Xarici vətəndaşlara bu tibbi xidmət ödənişli əsasda, yerli əhaliyə isə pulsuz göstəriləcək. Parlament artıq bu barədə qanun qəbul edib.