Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan milli parkında yanğının qarşısını alıb. Trend agentliyinin nazirliyə istinadən yaydığı məlumata görə, yanğın ötən həftənin sonunda 90-100 km-lik Bakı-Astara magistral yolunda baş verib.
Yanğının əsas səbəbi vətəndaşların ehtiyatsızlığıdır. Yanğın nəticəsində təxminən 5 hektarlıq sahəyə ziyan dəyib.
Ekologiya Nazirliyi vətəndaşları belə halların baş vermə təhlükəsinin böyük olduğu yay fəslində təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.