...

Nazim İbrahimov: Dünya azərbaycanlıları ziyalılarının forumu diaspor tarixində önəmli hadisəyə çevrilib

Cəmiyyət Materials 7 İyun 2006 12:38 (UTC +04:00)

Türkiyənin Antalya vilayətində keçirilən dünya azərbaycanlıları ziyalılarının forumu diaspor tarixində önəmli yeri olan hadisəyə çevrilib. Bu fikri "Trendə" açıqlayan Xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsinin sədri Nazim İbrahimov bildirib.

O bildirib ki, Antalyada keçirilən silsilə toplantılar diaspor təşkilatlarımızın gələcək fəaliyyəti üçün çox önəmlidir. Onun sözlərinə görə, bir neçə gün ərzində bir araya gələn diaspor nümayəndələri bir-biri ilə yaxından tanış olub, gələcək fəaliyyətlərini əlaqələndirirlər.

"Bu ideyalar diasporun gələcək fəaliyyətinin inkişafı üçün istifadə olunacaq. Bir neçə gün keçirilən silsilə tədbirlər bunu deməyə əsas verir ki, bu tipli toplantıların keçirilməsi çox məqsədəuyğundur. Bunları hər il təşkil etmək, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya toplamaq işimizin xeyrinədir". N.İbrahimov deyib ki, ayrı-ayrı ölkələrdə belə görüşlərin keçirilməsinə ehtiyac var. Antalyaya toplanan ziyalılar, mədəniyyət və incəsənət xadimləri Azərbaycanın ideya daşıyıcıları olduqlarına görə bu tədbirlər diasporun inkişafı yönündə daha ciddi nəticələrə gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti