...

AİP "Gün", "Lakin", "Nyu Fakt" qəzetlərində İslami dəyərlərin təhqir olunması ilə bağlı dəyirmi masa keçirib

Cəmiyyət Materials 7 İyun 2006 12:50 (UTC +04:00)

Azərbaycan İslam Partiyası (AİP) "Gün", "Lakin", "Nyu Fakt" qəzetlərində İslam rəhbərlərinin, peyğəmbərlərin və din xadimlərinin təhqir olunması ilə bağlı iyunun 7-də dəyirmi masa keçirib. Trend xəbər verir ki, dəyirmi masada din xadimləri, siyasilər və mətbuat nümayəndədləri iştirak edib.

AİP sədri Hacı Hacıağa Nuri bildirib ki, partiyanın 25 rayon təşkilatından məlum məsələ ilə bağlı etiraz bəyanatları səsləndirilib: "Azərbaycanda İslamla bizi üz-üzə qoymağa cəhd göstərirlər. Adları çəkilən qəzetlərdə İslami dəyərlərin təhqir edilməsinə yol vermək olmaz. Biz hesab edirik ki, həmin mətbuat orqanları Azərbaycanda vicdanlı azad söz və azad mətbuat sahiblərinə ləkə gətirir".

Partiya sədri onu da qeyd edib ki, Azərbaycan cəmiyyətində kəskin əks reaksiya doğuran bu addım hansı mərkəzdən idarə olunmasına baxmayaraq xalqımızın müharibə şəraitində olduğu bir dönəmdə düşmənə xidmət etməkdən başqa bir şey deyil.

Dəyirmi masada iştirak edən qonaqlar da məlum məsələni pisləyiblər və hüquq-mühafizə orqanlarından "KİV haqqında" qanunun tələblərini kobud surətdə pozan, əxlaq normalarına zidd təhqir və şantajlarla dolu yazılar dərc edən bu kimi qəzetlərin rəhbərlərinin cəzalandırılması tələb olunub.

Xəbər lenti

Xəbər lenti