...

"Karvan" 3 aparıcı futbolçusunu klubdan uzaqlaşdırıb

Cəmiyyət Materials 7 İyun 2006 16:27 (UTC +04:00)

Azərbaycan futbol çempionatının bürünc mükafatçısı "Karvan" 3 əsas oyunçusunu klubdan uzaqlaşdırıb.

Trend in xəbər verdiyi kimi, klub forvardlar Kənan Kərimov və Fərrux İsmayılov, o cümlədən yarımmüdafiəçi İsmayıl Məmmədovdan ayrılmaq qərarına gəlib.

Klub rəhbərliyi hesab edir ki, bu üçlük mövsümün son oyunlarında, o cümlədən ölkə Kubokunun "Qarabağ"a qarşı final matçında (yevlaxlılar bu oyunda "Qarabağ"a 1:2 hesabla məğlub olub) uğursuz çıxış edib.

İndi futbolçular yeni klub axtarışındadır. Ancaq bu, uzun çəkməyəcək. Artıq bir sıra komandalar son illər ərzində "Karvan"da çıxış etmiş milli çempionatın görkəmli oyunçularını almaqda maraq göstərib.

Xəbər lenti

Xəbər lenti