...

Bakıda keçiriləcək güləş üzrə "Qızıl Qran-Pri" finalının iştirakçı komandalarının sayı artmaqda davam edir

Cəmiyyət Materials 17 İyun 2006 12:29 (UTC +04:00)

İyunun 23-də İdman-Konsert kompleksində start götürən güləş üzrə "Qızıl Qran-Pri" finalının iştirakçı komandalarının sayı artmaqda davam edir.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi xəbərə görə, yarışda otuz ölkənin idmançıları iştirak edəcək. "Yarışda ixtisas startlarının yekunlarına görə finalda çıxış etmək hüququ qazanmış atletlər çıxış edəcək. O cümlədən, biz ABŞ, Rusiya, Bolqarıstan və yüksək güləş səviyyəsinə malik bir çox digər ölkələrin komandalarının gəlişini gözləyirik", -deyə C.Qurbanov bildirib.

O həmçinin qeyd edib ki, demək olar ki, planetin bütün yerlərindəki mütəxəssislər yarışa böyük maraq göstərir, çünki sərbəst, yunan-roma güləşi və qadınlar arasında sərbəst güləş üzrə proqramda ən güclüləri seçmək üçün Bakıya ən yaxşı pəhləvanlar gələcək.

Xəbər lenti

Xəbər lenti