...

"Qızıl seriya" finalının iştirakçılarından yapon güləşçiləri Bakıya birinci gələcək

Cəmiyyət Materials 19 İyun 2006 15:24 (UTC +04:00)

Yaponiyanın güləş yığması iyunun 23-də Heydər Əliyev adına İdman-Konsert kompleksində keçiriləcək "Qızıl Qran-Pri" finalının iştirakçıları arasında Bakıya birinci gələcək.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, Yaponiya yığması artıq iyunun 19-da Bakıda olacaq və burada məsuliyyətli yarış ərəfəsində təlim-məşq toplanışları keçirəcək. "Federasiya Gənclər və İdman nazirliyi ilə birgə qonaqların qəbulu ilə məşğul olan xüsusi qərargah yaradıb. Biz yaponları da lazımi səviyyədə qarşılayacağıq", - deyə C.Qurbanov nəzərə çatdırıb.

Xatırladaq ki, təsnifat oyunlarının nəticələrinə görə finala çıxmış 30-dan çox ölkənin pəhləvanları yarışda iştirak etməyə söz verib.

Xəbər lenti

Xəbər lenti