...

Nuşirəvan Məhərrəmli: "Beş telekanala lisenziyanın verilməsi məsələsini müzakirə edəcəyik"

Cəmiyyət Materials 20 İyun 2006 17:47 (UTC +04:00)

Milli TEleradio Şurasının növbəti toplantısında Lider, Xaçmaz TV, Aygün TV, Lənkəran TV, ANS telekanallarına və Avropa+ radiosuna lisenziyanın verilməsi məsələsi müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə Milli Teleradio Şurasının prezidenti Nuşirəvan Məhərrəmli iyunun 20-də "Mətbuat və cəmiyyət" mövzusunda keçirilən dəyirmi masadan sonra jurnalistlərə bildirib.

N.Məhərrəmli onu da bildirib ki, Azərbaycanda fəaliyyət göstərən heç bir telekanala təzyiq edilmir: "Lisenziya 6 il müddətinə verilir, lisenziyanın vaxtı uzadıla bilər. Ancaq qanun pozuntuları qeydə alınarsa, məhkəmə vasitəsilə lisenziya ləğv oluna bilər". N.Məhərrəmli qeyd edib ki, terroizmə çağırış, milli ayrıseçkilik, parnoqrafiya, mənəviyyatla bağlı və dövlətə sayqısızlıq nümayiş etdirən kanalın fəaliyyəti qanun çərçivəsində dayandırılacaq.

N.Məhərrəmli vurğulayıb ki, yalnız reklamla bağlı məsələlərdə telekanallara xəbərdarlıqlar edilib. Son dövrlərdə bu məsələ yoluna qoyulub. O, həmçinin bildirib ki, artıq cərimə mexanizmi tətbiq olunmağa başlayıb.

N.Məhərrəmli onu da qeyd edib ki, seçkiyə qədər elə addım atdılar ki, Azərbaycanda telekanallarla bağlı hər hansı bir problem yaranmasın: "Hətta bununla bağlı xüsusi bir qrafik tərtib etdik. Buna əsasən də kanalların əksəriyyətinə lisenziya verdik. Sonra bəzi kanallar seçki haqqında qanunvericiliyi pozdular". Milli Teleradio Şurasının sədri onu da vurğulayıb ki, siyasi reklam məsələsi qanunda nəzərdə tutulmayıb. Amma deputatlığa namizədlər istədikləri qədər çıxış etdilər: "Kanallar bundan qeyri-qanuni olaraq əlavə gəlir götürdülər. Bu məsələlər seçki zamanı gündəmə çıxdı və kanallara xəbərdlarlıq etdik".

Xəbər lenti

Xəbər lenti