...

Penitensiar sistemdə çalışanların maaşları artırılacaq

Cəmiyyət Materials 5 İyul 2006 12:46 (UTC +04:00)

Yaxın vaxtlarda penitensiar sistemdə çalışanların maaşları artırılacaq. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Humbətov məlumat verib.

Bu məsələ ədliyyə naziri Fikrət Məmmədovun diqqət mərkəzindədir. Maaşların artırılması tədricən həyata keçiriləcək və ilk növbədə cəzaçəkmə müəssisələrində çalışanların məvaciblərinin artırılması nəzərdə tutulub. Çünki bu sahədə çalışanların əmək haqlarının aşağı olması nəticəsində işçi qüvvəsinin sayı da aşağı düşüb.

Penitensiar sistemdə çalışanların sosial vəziyyətlərinin yaxşılaşdırılması bəzi cəzaçəkmə müəssisələrində rüşvət hallarının aradan qaldırılmasına da kömək edəcək.

Xəbər lenti

Xəbər lenti