...

Nazim İbrahmov: "Biz İranda yaşayan azərbaycanlıların işlərinə qarışmırıq"

Cəmiyyət Materials 5 İyul 2006 15:14 (UTC +04:00)

"Biz İranda yaşayan azərbaycanlıların işlərinə qarışmırıq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirb.

O, İranda yaşayan azərbaycanlıların kütləvi aksiyalar, dinc yürüşlər keçirərkən təzyiqlərə məruz qalması, onlara qarşı edilən repressiyalar, həbslər barədə öz fikirlərini və komitənin bununla bağlı mövqeyini açıqlayarkən deyib ki, Azərbaycan dövləti İranın daxili işlərinə qarışmır.

"Azərbaycan dövlətinin bu məsələdə mövqeyi bəllidir. İstənilən bir ölkədə yaşayan azərbaycanlıların həyatında baş verənlər bizi maraqlandırır. Amma Dövlət Komitəsi əvvəldən də bəyan edib ki, İran azərbaycanlıları ilə iş aparmayacaq. Biz bunun əksini söyləsək, buradakı azərbaycanlıların işinə ziyan vurmuş olarıq. Orada yaşayan azərbycanlıların problemləri bizi düşündürürsə də, müdaxilə etmirik. Amma Cənubi Azərbaycanı tərk edib başqa ölkələrdə yaşayan azərbaycanlılar bizim diasporumuz sayılır və biz onlarla iş aparırıq. Xaricdəki diasporumuzun əksəriyyətini, demək olar ki, cənublu azərbycanlılar təşkil edir. Onlar Azərbycan dövlətini sevirlər və bu dövlətin ətrafında sıx birləşiblər. Azərbaycan həqiqətlərini, problemlərini dünya ölkələrinə çatdırmaq üçün əllərindən gələni edirlər"-deyə komitə sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti