...

Hacı Məmmədov və dəstəsinin işi ilə bağlı məhkəməyə hazırlıq iclası davam etdirilib

Cəmiyyət Materials 6 İyul 2006 16:22 (UTC +04:00)

İyulun 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov və onun dəstəsindən olan 25 nəfərin işi üzrə məhkəməyə hazırlıq iclası davam etdirilib. Trend in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçən məhkəmə iclasında zərərçəkən tərəfin vəkili vəsatət qaldırıb.

Vəkil Kamandar Nəsibov cinayət işinin ibtidai istintaqa qaytarılmasını tələb edib. Qətlə yetirilmiş Fətulla Hüseynovun oğlu Tahir Hüseynov zərərçəkən qismində çıxış edərək bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi cinayət işinin bitməsinə dair ona rəsmi məlumat verməyib. Tahir Hüseynov qeyd edib ki, həmin cinayət işində bəzi məqamlara aydınlıq gətirilməlidir, ona görə də işin yenidən istintaqa qaytarılmasını tələb edib.

Çıxışlardan sonra hakimlər müşavirəyə gedib və fasilədən sonra məhkəmə baxışının təyin olunmasına dair qərarı açıqlayacaqlar.

Qeyd edək ki, artıq üçüncü gündür Hacı Məmmədovun dəstəsinin cinayət işləri ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilir.

Xəbər lenti

Xəbər lenti