...

İyulun sonuna qədər Qafqaz müsəlmanları idarəsi 2006-cı ilin Həcc mövsümü üçün ərizə qəbulu elan edəcək

Cəmiyyət Materials 11 İyul 2006 18:02 (UTC +04:00)

İyulun sonuna qədər Qafqaz müsəlmanları idarəsi (QMİ) 2006-cı ilin Həcc mövsümü üçün ərizə qəbulu elan edəcək. Bu barədə Trend ə QMİ-dən xəbər veriblər.

QMİ-də qeyd ediblər ki, növbəti ziyarət mövsümündə Azərbaycanın norması müəyyən olunduqdan sonra ərizə qəbulu elan olunacaq. Bu məsələ QMİ sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına hazırki səfəri zamanı həll olunur. Bu səfər Krallığın Həcc işləri üzrə naziri Fuad bin Əbdülsalam əl-Farsinin dəvəti ilə həyata keçirilib. Tərəflər zəvvarların yerləşməsi və onların nəqliyyatla təmin olunması ilə bağlı məsələləri gözdən keçirəcəklər.

Bu il Həcc ziyarəti dekabr ayında olacaq. Xatırladaq ki, ötən mövsümdə Səudiyyə Ərəbistanı Azərbaycan üçün 2800 yer ayırmışdı.

Xəbər lenti

Xəbər lenti