...

Azərbaycanın dini qurumlarla iş üzrə dövlət komitəsi dini icma başçıları ilə görüş keçirəcək

Cəmiyyət Materials 12 İyul 2006 15:36 (UTC +04:00)

Azərbaycanın dini qurumlarla iş üzrə dövlət komitəsi problemləri öyrənmək məqsədi ilə dini icma başçıları ilə bir sıra görüş keçirməyi planlaşdırır. Bu barədə Trend ə Dövlət komitəsindən xəbər veriblər.

İlk görüş iyulun 14-də ölkədə fəaliyyət göstərən müsəlman icma başçıları ilə keçiriləcək. Dövlət komitəsi bu icmaların problem və çətinlikləri ilə yaxından tanış olmaq, onların həlli yollarını öyrənmək, bu sahədə mövcud olan qanunverici bazanı onların diqqətinə çatdırmaq, Dövlət komitəsi və icmalar arasındakı qarşılıqlı əlaqəni möhkəmləndirmək istəyir.

Görüş M.F.Axundov adına kitabxananın akt zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti