...

Səhiyyə naziri Naxçıvan MR-ə səfər edib

Cəmiyyət Materials 13 İyul 2006 19:33 (UTC +04:00)

İyulun 12-də səhiyyə naziri Oqtay Şirəliyev və onun müavini Elsevər Ağayev Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, nazirliyin məlumatında deyilir.

Səfərin məqsədi Naxçıvan MR-in səhiyyə sistemi ilə daha yaxından tanış olmaqdır.

İlk olaraq O.Şirəliyev Naxçıvan Ali Məclisinin sədri Iasif Talıbovla görüşüb. Naxçıvanda səhiyyə sistemi, səhiyyəsinin inkişafı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərəcəyi dəstək müzakirə olunub. O, əsaslı sürətdə yenidən qurulmuş Uşaq Xəstəxanası, Zərifə Əliyeva adına poliklinika, yeni yaradılmış Kəngərli rayonunun tikilib, təchiz olunmuş yeni Mərkəzi xəstəxanasına baxış keçirib və ora müasir rəqəmli ultrasəs müayinə aparatı hədiyyə edib.

Eyni zamanda nazir Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi və klinikasına gedərək, ora ilə daha yaxından tanış olub. Qısa müddətə tədris ocağına Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış dərsliklər də hədiyyə olunacaq. Duz mədənlərində yaradılmış Duzdağ müalicə müəssisəsinə baxış keçirilib. Qeyd edək ki, əhalinin tələbatı nəzərə alınaraq burada çarpayı sayı 30 dan 200-ə qədər artırılıb.

Xəbər lenti

Xəbər lenti