...

Respublika Alpinistlər Klubunun rəhbəri: Lenin zirvəsinin aşılması çox çətindir

Cəmiyyət Materials 13 İyul 2006 20:13 (UTC +04:00)

"Lenin zirvəsinin aşılması çox çətindir. Əgər birinci dəfədən bu zirvəyə çıxmaq mümkün olmayıbsa, çox az adam ikinci cəhd edir". Bu barədə Trend ə Respublika Alpinistlər Klubunun rəhbəri Saridan Mursaqulov bildirib. O, Azərbaycan alpinistlər komandasına Pamirə ekspedisiya zamanı rəhbərlik edib.

Onun sözlərinə görə, komanda bu aşırımı 20 gün ərzində aşmağı planlaşdırır. "Birinci cəhb uğursuz olarsa, alpinistlər 6400 metr hündürlüyündə hava şəraitinin sabitləşməsini gözləməlidir ki, bu da orqanizmin qüvvədən düşməsilə nəticələnə bilər. Zirvə çox sərtdir. 1974-cü ildə burada sovet alpinistlərindən ibarət ekspedisiya həlak olub" - deyə S.Mursaqulov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti