...

Azərbaycanın "İnter" futbol klubu Türkiyənin "Ankaraspor" klubuna qalib gəlib

Cəmiyyət Materials 14 İyul 2006 16:51 (UTC +04:00)

Azərbaycanın "İnter" futbol klubu Türkiyənin "Ankaraspor" klubu ilə hazırlıq görüşündə 1-0 hesabı ilə qalib gəlib. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, görüş Bolu şəhərində keçirilib. Hər iki komanda özlərinin növbəti ölkə çempionatlarına bu şəhərdə hazırlaşırlar.

Görüşün ilk dəqiqələrində top qapıdan keçib və "Ankaraspor" futbolçularının bütün səylərinə baxmayaraq, arbitrin final fitinə qədər hesab dəyişməyib.

Qeyd edək ki, Ankaradan olan "mavi-ağlar" Azərbaycanın digər - "Qarabağ" komandası ilə görüşdə də heç bir qol vura bilməyiblər və oyun 0-0 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti