...

Borçalı Türklərinin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılacaq

Cəmiyyət Materials 17 İyul 2006 14:54 (UTC +04:00)

Borçalı Türklərinin Hüquqlarının Müdafiəsi Komitəsi yaradılacaq. Bu barədə Trend ə adıçəkilən komitənin təşkilat sədri Xəqani Emin bildirib.

X.Emin qeyd edib ki, komitəni yaratmaqda məqsəd nəinki Borçalıda, eyni zamanda digər yerlərdə yaşayan Borçalı türklərinin hüquqlarını müdafiə etməkdir: "Düzdür, bu vaxtadək borçalıların hüquqlarının müdafiəsi ilə bağlı bir neçə təşkilat yaradılıb. Ancaq həmin təşkilatlar qarşılarına qoyduqları məqsədlərə yox, digər dövlətlərin maraqlarına xidmət edirlər".

X.Emin onu da vurğuladı ki, yaxın günlərdə komitənin təsis konfransı keçiriləcək və vəzifə bölgüsü aparılacaq: "Komitə yarandıqdan sonra üzvlərimiz Borçalıya, eləcə də borçalıların yaşadıqları digər yerlərə ezam ediləcək. Onların üzləşdiyi problemlər barədə məlumat toplanılıb onların həlli istiqamətində qəti addımlar atacağıq".

Xəbər lenti

Xəbər lenti