Ötən mövsüm növbəti dəfə Azərbaycan çempionu olmuş "Qala" Basketbol klubu qarşıdakı Avropa Kuboku mövsümündə iştirak etməyəcək.
Komandanın prezidenti Fərid Məmmədovun Trend ə verdiyi məlumata görə, kollektivin baş məşqçisi Rimas Kurtinaytisin Permin "Ural-Qreyt" klubu ilə müqavilə bağlamasından sonra "Qala" kiçik taym-aut götürməyi qərara alıb. "Biz kadr, o cümlədən yeni məşqçinin təyin olunması ilə bağlı məsələləri həll etməliyik. Buna görə də biz klubdakı işləri qaydaya salmaq üçün qarşıdakı mövsümdə iştirak etməməyi qərara almışıq", - deyə F.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Milli Federasiyanın rəyasət heyətinin "Qala"nın turnirdə çıxışının məqsədəuyğun olması ilə bağlı məsələ qaldırması ilə əlaqədar komandanın "Çağırış kuboku" yarışında iştirakdan imtina etməsində qeyri-adi heç nə yoxdur.