...

Türkiyənin voleybol klubu "Fənərbaxça" Natalya Məmmədovanı almaq niyyətindədir

Cəmiyyət Materials 18 İyul 2006 15:03 (UTC +04:00)

"Fənərbaxça" Azərbaycanın voleybol yığmasının lideri Natalya Məmmədovanı almaq niyyətindədir.

Trend in xəbər verdiyi kimi, Türkiyə klubunun rəhbərliyi oyunçunun transferi ilə bağlı "AzərReyl"ə rəsmən müraciət etsə də, rədd cavabı alıb. Kollektivin baş məşqçisi Faiq Qarayev klub və yığmanının oyununu təşkil edən voleybolçudan ayrılmaq niyyətində deyil. Ancaq "Fənərbaxça" da öz təklifindən geri çəkilməyi planlaşdırmır və N.Məmmədovanı almaq üçün növbəti dəfə cəhd etmək niyyətindədir.

Qeyd etmək lazımdır ki, son iki mövsüm ərzində N.Məmmədova Çempionlar Liqasının ən yaxşı hücumçusu adını qazanıb, bu yaxınlarda isə o, Yekaterinburqda keçirilmiş Boris Yeltsin Kubokunda bu nominasiyanın qalibi olub. Qeyd edək ki, bu Kubokda yığma 5-ci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti