...

Xəzərin Azərbaycan sektorunun ekoloji vəziyyətinin monitorinqi keçirilib

Cəmiyyət Materials 19 İyul 2006 18:21 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) Fövqaladə Hallar Nazirliyi ilə birgə iyulun 8-dən 16-na qədər Xəzərin Azərbaycan sektorunda monitorinq aparıb. Bu barədə Trend ə DSX-dən xəbər veriblər.

Monitorinqin məqsədi - Xəzərin bioehtiyatlarının və ekoloji vəziyyətinin mühafizə səviyyəsini öyrənməkdir. Monitorinq zamanı 14 gəmi yoxlanılıb. 10 gəmidə çatışmazlıq aşkarlanıb. Bundan əlavə, monitorinq qrupunun üzvləri 4 000 metr balığçı toru, 1 500 metr müxtəlif balıqçı vasitəsi və 25 ləngər müsadirə edib.

Bütün faktlar üzrə təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti