...

Azərbaycan boksçusu Amil Kərimov Avropa çempionatının dörddə bir finalında məğlub olub

Cəmiyyət Materials 19 İyul 2006 20:39 (UTC +04:00)

Azərbaycan boksuçu Amil Kərimov bu günlərdə Plovdivdə keçirilən Avropa çempioanıtının medalını qazınmaq şansını itirib.

Trend agentliyinin məlumatına əsasən, +91 kq çəki dərəcəsində çıxış edən qitə birinciliyinin debütantı dörddə bir finalda Türkiyəli idmançı Kurban Günebakana 17:36 hesabı ilə uduzub. Görüşdə rəqib daha təcrübəli olduğunu nümayiş etdirib.

Bu arada, iyulun 19-da Plovdiv rinqinə daha iki azərbaycanlı - Ceyhun Abıyev (48 kq) və Cavid Tağıyevin (81 kq) çıxması gözlənilir. C.Abıyev ermənitsanlı Qovqanes Danielyan, C.Tağıyev isə Konstantin Bejenar ilə üzləşəcək.

Xəbər lenti

Xəbər lenti